Almaniyanın "Bayer 04" klubunun müdafiəçisi Ceremi Frimponq İspaniya "Real"ına transfer oluna bilər.

İndex.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Almaniya təmsilçisi ilə 2028-ci ilə qədər müqaviləsi olan 23 yaşlı futbolçu gələn yay 40 milyon avro müqabilində satıla bilər.

Qeyd edək ki, C.Frimponq bu mövsüm meydana çıxdığı 9 oyunda bir qola və iki məhsuldar ötürməyə imza atıb. 2023/2024 mövsümündə isə o, bütün turnirlərdə 47 oyunda iştirak edib, 14 qol vurub və 12 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.