Aktau şəhərinin sakinləri AZAL aviaşirkətinin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlar üçün qan verməyə gedirlər.

İndex.az bu barədə Qazaxıstan KİV-lərinə istinadən xəbər verir.

"Aktaunun sakinləri təyyarə qəzasında xəsarət alanlar üçün şəhər qan mərkəzinə qan verməyə gəliblər", - yerli mətbuat yazıb.

Polis əməkdaşları meyitlərin şəhər morquna aparılacağını təsdiqləyiblər.