Avropanın aviasiya və təyyarə istehsalı şirkəti "Airbus" böyük ölçülü ixtisara hazırlaşır.

İndex.az xəbər verir ki, "Airbus", peyk layihələrində itkiləri artırdıqdan sonra Müdafiə və Kosmos departamentində 2500 nəfəri işdən çıxarmağı planlaşdırır:

Şirkətin açıqlamasında, ixtisarların təfərrüatlarının sosial tərəfdaşlar, xüsusilə də həmkarlar ittifaqları ilə birlikdə müəyyən ediləcəyi də vurğulanıb.

Sözügedən ixtisarların daha çox Almaniyadakı müdafiə bölməsinin qərargahında olacağı gözlənilir.