Avrasiya İqtisadi İttifaqının (Aİİ) iqtisadi və fiskal siyasət naziri Bakıtcan Saqintayev Aİİ çərçivəsində vahid valyutanın yaradılması məsələsinə aydınlıq gətirib.
İndex.az xəbər verir ki, Saqintayev Qazaxıstanın Almatı şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının genişləndirilmiş iclasından sonra açıqlamalar verib.
2025-ci ilə qədər Aİİ-na üzv ölkələr arasında ortaq maliyyə bazarının yaradılmasının hədəfləndiyini qeyd edən Saqintayev bunun İttifaq çərçivəsində ortaq valyutanın həyata keçiriləcəyi anlamına gəlmədiyini bildirib:
"Bu (ümumi valyuta) bizim bütün əsas müqavilələrimizin heç birində qeyd olunmayıb. Ümumi maliyyə bazarına bank, fond bazarı və sığorta sektorlarında vahid qaydaların yaradılması daxildir".
