Avropa Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında enerji səmərəliliyinin tənzimlənməsinə dair danışıqlarda razılıq əldə edildiyini bildirib.
İndex.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) qurumları 2020-ci ildəki istehlak hədəfi ilə müqayisədə 2030-cu ilə qədər Birlik daxilində yekun enerji istehlakının 11,7% azaldılması barədə razılığa gəliblər.
Yekun enerji istehlakı limiti üzv dövlətlər üçün kollektiv şəkildə məcburi olacaq.
Son enerji istehlakı üçün illik enerji qənaət hədəfi 2024-cü ildən 2030-cu ilə qədər tədricən artırılacaqdır.
Üzv ölkələr bu müddət ərzində son enerji istehlakında hər il orta hesabla 1,49% qənaət edəcəklər. İllik qənaət dərəcəsi 2030-cu ilin sonuna qədər 1,9%ə çatacaq.
Aİ ölkələrində hər il dövlət qurumlarına məxsus binaların ümumi sahəsinin ən azı 3%-i bərpa edilməli olacaq.
Yeni qaydaların qüvvəyə minməsi üçün AP və onun üzv dövlətləri onu rəsmən təsdiq etməlidir.
