"Gucci", "Chloé" və "Loewe" pərakəndə tərəfdaşlarının yenidən satış qiymətlərini təyin etdiklərinə görə Avropa İttifaqının rəqabət orqanı tərəfindən ümumilikdə 157 milyon avro (182 milyon dollar) məbləğində cərimələnib.

İndex.az xəbər verir ki, "Gucci" 119,7 milyon avro, "Chloe" 19,7 milyon avro, "Loewe" isə 18 milyon avro cərimələnib.

Üç moda şirkəti pərakəndə satış şirkətlərinin kommersiya strategiyalarına müdaxilə edərək, onlara tövsiyə olunan pərakəndə satış qiymətlərindən kənara çıxmalarını məhdudlaşdırmaq, maksimum endirimlər təyin etmək və satış müddətlərini təyin etmək kimi məhdudiyyətlər tətbiq edib”, - Avropa Komissiyasının bəyanatında deyilir.