2023-cü il ərzində "AFB Bank"ın depozit portfeli artıb.

İndex.az xəbər verir ki, ötən il ərzində “AFB Bank”ın depozit portfeli 52.088 milyon manat artaraq 168.256 milyon manata çatıb.

Ötən ilin əvvəlində bu göstərici 116.168 milyon manat idi.

2023-cü sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 48.426 milyon manat artaraq 78.245 milyon manata yüksəlib.

Ötən ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 86.348 milyon manat olduğu halda, ilin sonunda bu göstərici 8.662 milyon manat artaraq 95.011 milyon manat olub.

Xatırladaq ki, AFB Bank” ASC öz fəaliyyətinə 16 fevral 2009-cu ildən etibarən başlayıb. Onun nizamnamə kapitalı 70.393 milyon manatdır. Bankın səhmlərinin 99.64%-i İsmayılov Hikmət Əbuzər oğluna, 0.18%-i Muradov Cəmil Tahir oğluna, 0.18%-i Abdullayev Əkbər Həsən oğluna, məxsusdur.