Asiya və Sakit Okean regionunda səhmlər ucuzlaşıb.

İndex.az xəbər verir ki, bu gün ABŞ-dan gələn iş yerlərinin hesabatının gözləniləndən daha güclü olması investorları narahat etdiyinə görə səhmlərdə ucuzlaşma qeydə alınıb.

Honqkonqun "Hang Seng" indeksi daşınmaz əmlak və texnoloji səhmlərdəki itkilər səbəbindən 2% azalıb. "Shenzhen Component" 1%, "Shanghai Composite" isə 0,9% ucuzlaşıb.

Yaponiyada "Nikkei 225" 0,9%, "Topix" 0,5% bahalaşarkən, Cənubi Koreyada "Kospi" 0,7% "Kosdaq" isə 0,4% dəyər itirib. "S&P/ASX 200" isə 0,15% ucuzlaşıb.

"Adani Group"un səhmləri Mumbay açılışında yaxından izləniləcək. Çünki "Hindenburg" tərəfindən səhmlərin manipulyasiyası və mühasibat saxtakarlığı iddialarının Hindistan bazarlarına və "Wall Street" kreditorlarına da təsir göstərəvəyi ilə bağlı narahatlıqları artırır. Qeyd edək ki "Bloomberg"ə görə Qautam Adaninin sərvəti ilin əvvəlindən bəri 51,1%-dən (61,6 milyard) çox azalıb.