ABŞ Prezidenti Donald Tramp "TikTok" sosial şəbəkəsinin Çinin "ByteDance" şirkətindən alınması ilə bağlı müqavilənin demək olar ki, hazır olduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Vaşinqton Pekinlə iyulun 7 və ya 8-də müzakirələrə başlamaq niyyətindədir.
"Bizim müqaviləmiz demək olar ki, hazırdır. Yəqin ki, Çindən razılıq alacağıq. Bu, dəqiq deyil, amma ehtimaldır", - Amerika lideri Nyu Cersiyə gedərkən təyyarəsində jurnalistlərə deyib.
ABŞ "TikTok"u almaq istəyir
2025-07-05 09:21
Oxşar xəbərlər
Sabah bu qəsəbədə qaz kəsiləcək - XƏBƏRDARLIQ
2025-12-09 14:45
Pensiyalar bu tarixdə ödəniləcək
2025-12-09 13:54
