FED-in uçot dərəcəsini yüksəldəcəyinə dair xəbərlər qızılın qiymətinə mənfi təsir göstərir.
İndex.az xəbər verir ki, investorlar FED rəsmilərinin bu ay keçiriləcək FOMC toplantısında uçot dərəcələrini 50 baza bəndi artıracağına dair verdikləri açıqlamalara sonra, qızılın qiyməti bu ilin ən aşağı səviyyəsinə yaxınlaşır.
Hazırda qızılın unsiyası 1813 dollar ətrafında satılır.
Kritik məlumatlardan biri olaraq görülən ABŞ-ın əməkhaqqı hesabatı martın 10-da açıqlanacaq.
