ABŞ-nin Kolorado ştatının paytaxtı Denver şəhərində iyulun 7-də Azərbaycan vətəndaşlarına ilk dəfə səyyar konsulluq xidməti təşkil edilib.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun rəsmi "X" hesabında məlumat paylaşılıb.

Bildirilib ki, səyyar xidməti Baş Konsulluq təşkil edib.