ABŞ-da bankların saxladıqları istiqraz portfellərinin dəyərlərinin investorlarda narahatlıq yaratması bank səhmlərinin satışına səbəb olub.

İndex.az xəbər verir ki, “Silvergate Capital”ın əməliyyatlarını qəfil dayandırması və “SVB Financial Group”un kapital artırmaq üçün tələsməsi “Wall Street”də satılan bank səhmlərini dəyərini kəskin şəkildə aşağı salaraq investorlarda narahatlıqlar yaratdı.

Kaliforniyada yerləşən “Silvergate və SVB” bankında yaşanan problemin kökündə müştəriləri olan əmanətçilərin pullarını tez bir zamanda geri çəkmələri yatırdı. Bunun səbəbi isə artan faiz dərəcələrinin bankları aşağı faizli istiqrazlarla yükləməsidir.. Buna görə də, çoxlu sayda müştəri eyni vaxtda əmanətlərini geri götürmək istədikdə, banklarda problemlər yaranır.

SVB baş direktoru cümə axşamı verdiyi açıqlamada investorları sakit olmağa çağırıb.

Analitiklərin fikrincə, iki bankda yaşanan problemlər bir çox digər banklar üçün dərhal böhran yaratmasa da, vaxt keçdikcə ciddi problemlər yarada bilər. Başqa sözlə, banklar böyük bir depozit axını ilə üzləşməsələr, əmanətçilərə daha yüksək faiz ödənişləri təklif etməli və daha güclü rəqabət aparmalı ola bilərlər. Bu, bankların kredit gəlirlərini və mənfəətlərini azalda bilər.

Maliyyələşdirmənin ümumiyyətlə daha az şaxələndirildiyi kiçik və orta banklar daha çox təzyiq altındadır və kapitalın artırılmasına ehtiyac duyur.