ABŞ Maliyyə Nazirliyi keçən maliyyə ilində süni intellektdən istifadə etməklə fırıldaqçılığın qarşısnın alındığını bildirib.

İndex.az xəbər verir ki, nazirin sözlərinə görə, bu üsulla 2023-cü ilin oktyabr-2024-cü ilin sentyabr aylarını əhatə edən maliyyə ilində ümumilikdə 4 milyard dollardan çox qeyri-qanuni və saxta ödənişlər bərpa edilib.

Bəyanatda qeyd olunub ki, bərpa edilən ümumi məbləğin təxminən 1 milyard dolları çek fırıldaqçılığı ilə, 2,5 milyard dolları isə yüksək riskli əməliyyatların aşkarlanması və qarşısının alınması ilə bağlı olub.