ABŞ-ın "F-22" döyüş təyyarələri Kanada səmasında uçan naməlum obyekti zərərsizləşdiriblər.

İndex.az xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo Kanadanın hava məkanını pozan naməlum obyektin vurulması barədə göstəriş verdiyini "Twitter" hesabından bildirirb.

ABŞ prezidenti Bayden ilə telefon danışığından sonra Trüdo Kanadanın ABŞ ordusuna yüksək hündürlükdə olan naməlum obyekti endirmək üçün birlikdə işləməyə icazə verdiyini açıqlayıb.

Pentaqonun sözçüsü Patrik Rayderin verdiyi açıqlamasında obyektin cümə günü "Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı" (NORAD) tərəfindən aşkar edildiyini, naməlum cismin "F-22" döyüş təyyarəsindən atılan "AIM 9X" raketi ilə şənbə günü saat 11:41-də 12.192 kilometr yüksəklikdə vurularaq Kanadanın şimalındakı Yukon bölgəsinə düşürüldüyünü bildirilib.

Kanadanın müdafiə naziri Anita Anand sözlərinə görə, obyekt silindrikdir:

"Keçən həftə Kanada səmasında vurularaq düşürülən Çinin "Cəsus balon"undan daha kiçik olan bu cismi müəyyən etmək hələ ki, mümkün deyil. Əgər Çinin "Cəsus balon"u 3 avtobus böyüklüyündə idisə, bu cisim kiçik avtomobil ölçüsündədir. Hazırda obyekt haqqında, o cümlədən onun imkanları, məqsədi və ya mənşəyi haqqında əlavə məlumatımız yoxdur. Kanada qalıqları toplayaraq təhlil edəcək".

Qeyd edək ki, ötən həftə ABŞ Kanada səmasında Çinə məxsus bir təyyarəni vurmuş və onu "Cəsus balon" adlandırmışdı.