ABŞ-ın Texas ştatının Fort-Uert şəhəri yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı iki nəfər həlak olub.

İndex.az xəbər verir ki, bu barədə "Dallas Morning News" məlumat yayıb.

Məlumata görə, təyyarə sənaye zonasında dayanacağa və oradakı bəzi avadanlıqlara çırpılıb, sonra alovlanıb.

Nəqliyyat Təhlükəsizliyi Milli Şurası "Beech King Air C90" turbovintli təyyarənin qəzasını araşdırdığını açıqlayıb. Bu model iki ekipaj üzvü və beş sərnişin üçün nəzərdə tutulub.

Təyyarənin göyərtəsində olan insanların sayı və qəzanın ehtimal olunan səbəbləri hələ açıqlanmır.