Elan edilmiş və ya təsdiqlənmiş ixtisarları izləyən “Challenger, Gray & Christmas” konsaltinq şirkəti fevral ayı hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, ilin ilk iki ayında ABŞ-da fəaliyyət göstərən işəgötürənlərin ixtisarları 180 713 nəfərə yüksəlib ki, bu da 2009-cu ildən bəri ən yüksək səviyyədir.

Hesabata görə, ABŞ-da ixtisarların sayı yanvar ayında 102 min 943 nəfər olsa da, fevral ayında 24% azalaraq 77 min 770 nəfər olub.

Fevralda ixtisarlar ötən ilin eyni dövrü ilə müqayisədə 410% artıb. Keçən ay ABŞ-da işdən çıxarılmalar 2009-cu ildən bəri ən yüksək səviyyəyə çatıb.

Yanvar-fevral dövründə ixtisarlar 2022-ci ilin ilk 2 ayı ilə müqayisədə 427%-lik artım göstərib.

Fevral ayında elan edilən ixtisarların 28%-i texnologiya şirkətləri tərəfindən edilib.

Xəstəxanaları və səhiyyə məhsulları istehsalçılarını əhatə edən səhiyyə sənayesi də keçən ay ümumi işdən çıxarılanların təxminən 13%-ni təşkil etdi.

Fevral ayında ən çox işdən çıxarılan digər sektorlar kimi pərakəndə satış, maliyyə, media sahələri diqqət çəkib.