ABŞ-da İstehsalçı Qiymətləri İndeksi (İQİ) fevral ayında proqnozlardan aşağı düşüb.

İndex.az xəbər verir ki, ABŞ Əmək Departamentinin məlumatına görə, ABŞ-da İQİ fevral ayında ötən aya nəzərən 0,1% azalsa da, illik göstəricədə 4,6% artıb.

İqtisadçıların gözləntiləri İQİ-nin ötən aya nəzərən 0,3%, ötən ilə nəzərən isə 5,4% artacağı idi.

Bu gün açıqlanan məlumatlara görə, fevral ayında pərakəndə satışlar proqnozlara uyğun olaraq 0,4% azalıb.