İndex.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatına görə, illik inflyasiya fevralda 6,4%-dən 6%-ə düşüb.

İnflyasiyanın aylıq artımı 0,4% təşkil edib.

Qeyd edək ki, iqtisadçılar da inflyasiyanın aylıq 0,4%, illik isə 6% artacağını gözləyirdilər.

Əsas inflyasiya aylıq 0,4%-dən 0,5%-ə yüksəlib, illik 5,6%-dən 5,5%-ə düşüb.

Aylıq olaraq müşahidə edilən artım, hazırda bank sektoru böhranı ilə üzləşən ABŞ Federal Ehtiyat Sisteminin faiz qərarı üçün problem yarada bilər.