ABŞ-da yanvar ayı üçün fabrik sifarişi məlumatları açıqlanıb.

İndex.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin açıqladığı məlumata görə, yanvar ayında ABŞ-da fabrik sifarişləri 1.6% azalıb.

Bazar gözləntilərinə görə, bu dövrdə fabrik sifarişlərinin 1,8% azalacağı gözlənilirdi.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayında fabrik sifarişləri 1,7% artmışdı.

Sözügedən dövrdə davamlı istifadə olunan mallar üzrə sifarişlər 4,5% azalıb, qeyri-davamlı mallar üzrə sifarişlər isə 1,5% artıb.

Fabrik sifarişləri ABŞ iqtisadiyyatında mühüm yer tutan sənaye sektoru üçün əhəmiyyətlidir.