“Silicon Valley Bank”ın (SVB) ardınca Nyu-Yorkda yerləşən “Signature Bank” da iflas edib.

İndex.az xəbər verir ki, Nyu-York Maliyyə Xidmətləri Departamentinin (DFS) verdiyi açıqlamada bildirilib ki, ABŞ “Federal Əmanətlərin Sığortalanması Korporasiyası” (FDIC) əmanətçilərini qorumaq üçün “Signature Bank”ın iflasını elan edib.

“Signature Bank”ın 2022-ci ilin 31 dekabrına qədər təxminən 110,4 milyard dollar aktivi və 88,6 milyard dollar depoziti var idi.

Açıqlamada, DFS-nin istehlakçıları, tənzimlədiyi qurumların sağlam fəaliyyətini və qlobal maliyyə sisteminin sabitliyini qorumaq üçün bazar tendensiyalarını izləyərək digər qurumlarla sıx əməkdaşlıq etdiyi vurğulanıb.