Bayden bank sisteminə inamı artırmaq məqsədi daşıyan hərəkətlərlə bağlı açıqlama verib.
İndex.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden bildirib ki, “Silicon Valley Bank” (SVB) və “Signature Bank”ın iflası kimi vəziyyətlərdən yayınmaq üçün daha böyük bankların nəzarətini və tənzimlənməsini gücləndirmək lazımdır.
Bayden bildirib ki, həftə sonu “Silicon Valley Bank” (SVB) və “Signature Bank”ında problemlərin həlli üçün səylə çalışıblar.
Bənzər problemlərin təkrarlanmaması üçün Bayden bu qarışıqlığa görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək, eləcədə daha böyük banklara nəzarəti və tənzimləməni gücləndirmək üçün səylərini davam etdirmək fikrində olduğunu bildirib.
