"The New York Times" (NYT) qəzetinin xəbərinə görə, fizika, kimya, tibb və iqtisadiyyat kimi sahələrdə Nobel mükafatı alan elm adamları ABŞ prezidentliyi yarışında Harrisi dəstəklədiklərini bildirən ortaq məktub yazıblar.

İndex.az xəbər verir ki, 82 alim məktubda Respublikaçı namizəd Donald Trampın prezident olacağı təqdirdə elm, texnologiya və iqlim dəyişikliyi kimi sahələrdə inkişaflara mane ola biləcəyindən narahat olduqlarını bildirib.

Bu seçkinin həm ABŞ-ın, həm də elm dünyasının gələcəyi üçün ən mühüm prezident seçkisi olduğu bildirilən məktubda Harrisin son 200 ildə həyat səviyyəsinin və orta ömür uzunluğundakı yüksəlişin 2000-ci ildə baş verdiyini bildiyi üçün tərifləndi.

Məktubda Harrisin immiqrantların elm və texnologiyanın inkişafında oynadığı rol haqqında məlumatlılığı da yüksək qiymətləndirilib. Dəstək məktubunu hazırlayan Kolumbiya Universitetinin professoru və Nobel mükafatlı iqtisadçı Cozef Stiqlitz Trampın elm büdcələrindəki ixtisarlara dair təkliflərinə və elm əleyhinə ritorikaya diqqət çəkərək, bunun insanlar üçün bir oyanış olacağına ümid etdiyini deyib.