2024-cü ilin iyulunda Ali Apellyasiya Məhkəməsinin 1-ci Cəza Kollegiyası tərəfindən 8463 il 4 ay həbs cəzası verilən Adnan Oktarın həbsxanadan yeni fotosu paylaşılıb.

İndex.az xəbər verir ki, Adnan Oktarın son həbsxana görüntüsünü vəkili sosial şəbəkədə paylaşıb.

Açıqlamada Oktarın səhhəti ilə bağlı təəccüblü qiymətləndirmələr yer alıb.

"Sputnik"in məlumatına görə, Oktarın şəkər, yüksək təzyiq kimi yaşa bağlı heç bir xəstəliyi olmadığı, 100 kiloqram çəkisi və güləşçi bədən quruluşuna malik olduğu bildirilib. Diz, çiyin, bel, onurğa nahiyəsində ağrıların olmadığı və tam hərəkətli olduğu vurğulanıb.

Onun qan analizləri onun 20 yaşındakı insan kimi sağlam olduğunu, koronar damarlarında tıxanma olmadığını, sümük yaşının 30 yaşındakı bir adamın yaşı qədər gənc olduğunu üzə çıxarıb. Saçları daha qalın, saqqalı parlaq və baxımlı, gözləri iti, gənc görünüşlü olduğu deyilib.

Vəkil Oktarın dərisinin dar və parlaq olduğunu, əllərinin uşaq kimi yumşaq və canlı olduğunu, çiyinlərinin isə enli və dik olduğunu bildirib.  Vəkilin ifadəsinə görə, Adnan Oktar həbsxanada cavanlaşıb və səhhəti ətrafdakıların diqqətini çəkib.

adnan-oktar-x-1jpeg-DPbzKuFrBkmPL6tkkRJK4g.webp 12.79 KB