Kahramanmaraşda baş verən zəlzələdən 64 saat sonra dağıntılar altından xilas edilən 24 yaşlı gənc divara “Ümidini itirmə” yazıb.
İndex.az xəbər verir ki, Antalya Böyükşəhər Bələdiyyəsindən verilən açıqlamaya görə, mərkəzi Kahramanmaraşda olan zəlzələlərdən sonra bölgəyə gedən Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyinin qrupları işlərini Kahramanmaraşda davam etdirib.
Xilasetmə işləri zamanı Kahramanmaraşın Dulkadiroğlu səmtində dağıntılar altından 64 saat sonra 24 yaşlı Doğan Akkök xilas edilib.
Akkökün dağıntılar altındakı divara “Ümidinizi itirməyin” yazısı yazdığı görülüb:

