"SkyBridge Capital"ın qurucusu Antoni Skaramuçi yaxın 2-3 ildə "Bitcoin"in 50-100 min dollar səviyyəsində satıla biləcəyini söylədi.

İndex.az xəbər verir ki, CNBC tərəfindən keçirilən beynəlxalq konfransda iştirak edən Skaramuçi risklərin olmasına baxmayaraq, "Bitcoin"ə inandıqlarını və 2023-cü ilin "Bitcoin" üçün "bərpa ili" olacağını bildirdi.

Eyni konfransa qatılan investorlardan Bill Tai isə "Bitcoin"in qiymətinin enəcəyini söylədi. "Bitcoin"in qiymətinin dibə düşəcəyini ehtimal edən Tai "Bitcoin"in 12 min dollar səviyyəsinə endikdən sonra yüksəlişə keçəcəyini vurğuladı.