Əsl adı Jimmy Donaldson olan MrBeast dünyanın ən çox izləyicisi olan YouTuberdir. Onun təqribən 445 milyon abunəçisi var.

İndex.az xəbər verir ki, 27 yaşlı MrBeast indi mükafat qazandıran video nümayişləri ilə qurduğu brendini insanlara pullarını idarə etməyə kömək edən maliyyə platformasına çevirmək niyyətindədir.

"Insider"ə görə, yeni ticarət platforması tətbiqi onun biznes imperiyasına maliyyə xidmətləri əlavə etməyi planlaşdırdığını göstərir. Tətbiqdə "MrBeast Financial" adı qeyd olunur.

13 oktyabr 2025-ci il tarixində ABŞ Patent və Ticarət Nişanları İdarəsinə təqdim edilən ərizədə “mobil proqram və onlayn bankçılıq, maliyyə konsaltinq, kriptovalyuta mübadiləsi və oxşar xidmətləri” əhatə edən struktur təsvir edilir. Bu müəssisə "MrBeast Financial" brendi altında satışa çıxarılacaq.

Qeyd edək ki, Amerikalı YouTuber Cimmi Donaldson 7 may 1998-ci ildə anadan olub. O, 13 yaşında "MrBeast6000" adı ilə videolar çəkməyə başlayıb. O, digər YouTuberlərin sərvətini proqnozlaşdıran və məsləhətlər verən videolar yaradırdı.

O, "YouTube" videolarının introlarını ələ saldığı videolarla tanınmağa başladı.