Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 592,3 milyon manat təşkil edib.

İndex.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ödənişli xidmətlərdən daxilolmalar proqnozdan 27,3 % az icra edilib.

Bundan başqa, 11 ay ərzində büdcəyə sair daxilolmalar isə 654,7 milyon manat olub ki, bu da proqnozdan 0,9 % azdır.