Xarici ticarət dövriyyəsində müsbət saldo 39% azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,6 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 984 milyon ABŞ dolları ixracın, 3 milyard 712 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,7 %, idxal isə 7,9 % azalıb.

Son nəticədə xarici ticarətdə 2 milyard 273 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 38,7% azdır.