Villeroy: “AMB faiz endirimlərini davam etdirməlidir”

Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü və Fransa Bankının sədri Fransua Villeroy de Qalhau faiz endirimləri ilə bağlı bir sıra açıqlamalar verib.

İndex.az xəbər verir ki, Villeroyun sözlərinə görə, AMB uçot dərəcələrini azaltmağa davam etməlidir.

Villeroy qeyd edib ki, yaxın aylarda inflyasiya məlumatlarında müəyyən dalğalanmalar olsa da, inflyasiya üzərində qələbə göz önündədir:

“Biz uçot dərəcələrini iki dəfə aşağı saldıq və bunu davam etdirməliyik. Gələcəkdə bu mövzuda nələrin baş verəcəyini proqnozlaşdırmaq çətindir”.