“Veysəloğlu” işçilər axtarır – VAKANSİYALAR

Veysəloğlu MMC

Ticari Marketinq üzrə Menecer

Son tarix 06 iyn 2024 [email protected]

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək 

Vəzifə funksiyaları: 

  • Ticari Marketinq Strategiyalarının həyata keçirilməsində, o cümlədən kampaniyalar, tanıtımın izlənilməsi, displeylər, mağazadaxili brendinq və digər əlaqəli funksiyalarda iştirak etmək
  • Azərbaycan bazarına yönəlmiş məhsul kateqoriyalarında və bazarda formalaşan yeni məhsul kateqoriyalarında müəyyən edilmiş biznes məqsədlərinə nail olmaq üçün Ticari Marketinq Strategiyasının inkişafı üçün planlamada iştirak etmək
  • Ərazi ziyarətləri- POS (satış nöqtəsi) üzrə rəqiblərin fəaliyyətinin, qiymət strategiyasının, cari promosyonların və stok səviyyəsinin monitorinqi
  • Stokların hərəkətinə nəzarət etmək, yavaş hərəkət edən və ya müddəti bitən məhsullar və ya promosyonlar üzrə ticari planlamalar hazirlayib satış komandasina təklif etmək,
  • KA və ənənəvi ticarət kanalı müştəriləri üçün hər bir brend menecerlə (planoqram, tanıtım, ticarət, kommunikasiya) kommunikasiyani təşkil etməklə kateqoriyanı  idarə etmək
  • BTL fəaliyyətlərinin həyata keçirilməsi (promouterlərin iş fəaliyyətinə nəzarət və hədəflərin təyin edilməsi,dadım aksiyaları, tanitim tipli hədiyyəli aktivliklər və s. planlanması və icrasina nəzarət)
  • Ticari təkliflərin və  istehlakçı təkliflərinin proqnozlaşdırılması və razılaşdırılmış dövrü planlaşdırma təqviminə uyğun olaraq tələbin planlaşdırma komandasına ötürülməsi
  • Ticari aktivliklər üzrə təxmini satışlara nail olmaq üçün satış meneceri ilə mütəmadi əlaqə saxlamaq

Vəzifə tələbləri:

  • Ali təhsil 
  • Satışda 7il və daha çox iş təcrübəsi
  • Ticari marketing üzrə təcrübə
  • Azərbaycan və ingilis dillərində sərbəst bilmək;
  • Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə bacarıqları;
  • Kommunikasiya və təqdimetmə bacarığı;
  • Microsoft Office proqramlarını bilmək;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma
  • Nahar ilə təmin edilmə

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Ticari Marketinq üzrə Menecer” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.   

Satış Müdiri

 Son tarix 06 iyn 2024  [email protected]

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək 

Vəzifə funksiyaları: 

  • Supermarketlər şəbəkələri üzrə inkişaf strategiyasının hazırlanması
  • Şəbəkələr üzrə fabrik və kateqoriyaların planlarının hazırlanması və təqibi
  • Şəbəkə Supermarketləri üzrə aidiyyatı kateqoriyalar üzrə görüşlərin təşkil olunması
  • Listing və delisting prosesslərinin aparılması
  • Şəbəkə supermarketlər üzrə aktivliklərin razılaşdırılması
  • Satış nöqtələrinin yeni kampaniyalar, aksiyalar barədə məlumatlandırılmasını yoxlamaq
  • Şirkətin keyfiyyət siyasətinə əməl edərək, müştərilərin istəkləri, şikayətləri və qiymət dəyişiklikləri barəsindəki tələbləri haqqında funksional rəhbərini məlumatlandırmaq
  • Rəqib şirkətlər haqqında zamanında və dolğun məlumat toplamaq
  • Şirkətdaxili qayda, prosedur və təlimatlara riayət etmək
  • Şirkət tərəfindən müəyyən edilmiş plana əsasən məhsulların satışını təmin etmək

Vəzifə tələbləri:

  • Ali təhsil 
  • Müvafiq sahə üzrə ən az 5 il iş təcrübəsi
  • Azərbaycan və ingilis dillərində sərbəst bilmək;
  • Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə bacarıqları;
  • Kommunikasiya və təqdimetmə bacarığı;
  • Microsoft Office proqramlarını bilmək;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:

  • Servis xidməti
  • Nahar ilə təmin edilmə

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Satış Müdiri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.