"Bakcell"də iş var

Pərakəndə satış üzrə mütəxəssis

Şöbə: B2C Satış
İş qrafiki: Standart
İş müddəti: Daimi
Son müraciət tarixi: 19.08.2021

Vəzifə öhdəlikləri:

*Gündəlik olaraq diler və subdiler şəbəkəsini ziyarət etmək, tabeçiliyində olan şəbəkəni daim genişləndirmək
*Rəhbərlik tərəfindən təyin olunmuş hədəflərin və digər müvafiq tapşırıqların dilerlər tərəfindən yerinə yetirilməsinə lazımi dəstək göstərmək
*Müvafiq bazar araşdırmaları və təhlillər aparmaq
*Məhsullar və xidmətlər barədə məlumatları dilerlərə kommunikasiya etmək
*Dilerlərin satış məntəqələrinin şirkət standartlarına uyğunluğunu təmin etmək
*Rəhbərlik tərəfindən təyin olunmuş hədəfləri yerinə yetirmək
*Müvafiq hesabatlar hazırlamaq

Təhsil və iş təcrübəsi

*Ali təhsil
*Pərakəndə satış sahəsində ən azı 3 il iş təcrübəsi

Bacarıq

*Rəqabətyönümlü təhlil aparma qabiliyyəti
*Hesabatlar və təqdimatlar hazırlama bacarığı
*Detallara diqqət yetirmə qabiliyyəti
*Qərar qəbul etmə bacarığı
*Danışıqlar apara bilmək qabiliyyəti
*Nəticə yönümlü
*Azərbaycan (səlis), Rus (yaxşı) və İngilis (yaxşı) dili biliyi
*MS Office Proqramlarını bilmək
*‘’B’’ kateqoriya sürücülük vəsiqəsi

Müraciət etmək üçün CV-nizi jobs@bakcell.com e-mail ünvanına göndərməyinizi xahiş edirik. Başlıqda “Pərakəndə satış üzrə mütəxəssis’’qeyd olunmayan müraciətlər nəzərə alınmayacaq. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan