Kapital Bankda müxtəlif - VAKANSİYALAR

Maliyyə menecment Departamentinin Analitika şöbəsinin rəisi

Kapital Bank namizədləri Maliyyə menecment Departamentinin Analitika Şöbəsinin rəisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bankın gəlir xərc mərkəzlərinə nəzarət və hesabatlığın təmin olunması;
• Məhsullar və biznes istiqamətləri üzrə performans təhlillərinin aparılması;
• Yeni biznes istiqamətləri üzrə qiymətləndirilmənin aparılması, biznes modelin tərtib olunması;
• Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
• Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətini təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması;
• Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.

Tələblər

• Ali təhsil;
• Sahə üzrə ən azı 5 illik iş təcrübəsi;
• Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
• Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri, SQL (MSSQL, T-SQL);
• Yüksək analitik qabiliyyət;
• Təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
• Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlər. (CFA arzuolunandır).

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud hr@kapitalbank.az email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

***

Kapital Bank namizədləri Bakı fillialları üzrə Müştərilərlə iş üzrə mütəxəssis və aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər :

• Bankın daxili qaydaları və tarifləri üzrə kreditlərin şərtləri və ödəniş qaydaları ilə bağlı müştərilərin müraciətlərini cavablandırır;
• Bankın daxili qayda və tariflərinə uyğun olaraq verilmiş kreditlər üzrə xidmət haqlarının tutulmasını təmin edir;
• Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
• Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
• Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
• Mülki Məcəlləyə uyğun olaraq müştəri hesabları üzrə ödənişlərin aparılması zamanı növbəlilik prinsiplərinə riayət edilməsini təmin etmək və məsuliyyət daşımaq;
• Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
• Hеsablaşma-pul sənədlərini rəsmiləşdirərək, hеsablarda əks еtdirməklə müştərilərin şəхsi hеsablarına işləmək və s.

Tələblər :

• Ali təhsil;
• Sahə üzrə ən az 1-2 il iş təcrübəsi;
• Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
• Azərbaycan dilində sərbəst danışmaq bacarığı;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Əla ünsiyyət bacarıqları;
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

***

Kapital Bank namizədləri Bakı filialları üzrə "Məlumat xidməti / Reception" vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər :

• Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
• Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
• Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
• Ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi;

Tələblər :

• Ali təhsil
• Səbirli, təmkinli, təzyiqə davamlı
• Ünsiyyətqurma və izahetmə qabiliyyəti
• Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı
• MS Office proqramları üzrə biliklər
• Əla ünsiyyət bacarıqları
• Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan