Image description

VAKANSİYA 1
ADY Express

Şirkət: “ADY Ekspress” MMC

Vəzifə: Logistika üzrə mütəxəssis
İş yeri: Bakı şəh., Xətai Biznes Mərkəzi

Öhdəliklər:

• İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatların hazırlanması;
• Yerli və xarici daşıma şirkətləri ilə istər müştəri, istərsə də partnyor qismində cəlb edilməsi məqsədilə danışıqlar aparmaq;
• Daşınma ilə əlaqədar hesabatların aparılması;
• Cəmiyyət tərəfindən daşınılan yüklərin izlənilməsi;
• Müştərilər tərəfindən göndərilən sorğunun operativ və dəqiq cavablandırılması;

Tələblər:

• Ali təhsil (universitetə giriş balı 500-dən yuxarı olanlara üstünlük veriləcək);
• Azərbaycan və rus-dilində sərbəst danışıq və yazma bacarığı, ingilis-dilini bilənlərə üstünlük veriləcək;
• Riyazi bilik, dəqiqlik, araşdırma qabiliyyəti, analitik və məntiqi düşüncə;
• Excel-i yüksək səviyyədə bilmək; Power BI proqram təminatında işləmə bacarığı;
• Tez mənimsəmə qabiliyyəti, öyrənmək və özünü inkişaf etdirməyə meyllilik;

Xahiş olunur CV-lərinizi 30 Aprel 2021-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Logistika üzrə mütəxəssis” qeyd etməklə HR@adyexpress.az adresinə göndərəsiniz.

Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.



VAKANSİYA 2

Bonus Market

Vakansiya: Market inzibatçısı (Sumqayıt, Qobu, Ramana)

Vəzifə öhdəlikləri:

• Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək
• Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək
• Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi
• Sifarişlərin düzgün idarə edilməsini nəzarətdə saxlamaq
• Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək
• Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək
• Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq
• Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək
• Mağazanın ümumi idarə edilməsi

Tələblər:

- İş təcrübəsi 3 il
- Yaş 25 - 40
- Ali təhsil
- Pərakəndə sektorunda ən az 5 il iş təcrübəsi olmalı
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı
- Satış texnikası və prinsiplərini bilmək
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək
- İşgüzar davranış etikası
- Xoşgörünüşlü
- Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik
- Karyerasını satış sahəsində qurmaq istəyi
- Azərbaycan Dili (əla), Rus dili (arzuolunan)
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) 1C proqramı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Market inzibatçısı (Regionun adı)” qeyd edərək öz CV-lərinizi punhane.asgarli@optimal.az elektron ünvanına göndərməyiniz xahiş olunur

Əlaqə nömrəsi: (055) 202 71 91



VAKANSİYA 3

Odontos şirkəti “ Region üzrə satış nümayəndəsi ” vakansiyası elan edir.

Namizədə verilən tələblər :

- Təhsil - Ali
- Yaş - 25-35
- Yalnız kişi namizədlər
- Səlis Azərbaycan dilini bilməsi (əlavə olaraq rus dili bilənlərə üstünlük verilir)
- Xoş və səliqəli zahiri görünüş
- Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı
- Səbrli və nəzakətli
- İşgüzar və hədəf yönlü
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar
- Kollektiv ilə işləmə bacarığı

İş barəsində məlumat :

- Aran zonası (Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz) üzrə şirkət məhsullarının satışının təşkili ;
- İsmayıllı rayonunda yaşayanlara üstünlük verilir ;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək ;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi ;
- Rəhbərliyə görülmüş işlər barədə gündəlik hesabatların verilməsi ;
- Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı.
- Şəxsi avtomobilinin olması vacibdir.
- Satış strategiyası yaratmaq, inkişaf etdirmək və idarə etmək
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək
- İş saatı - 09.00 - 18.00 (6 gün)
- Əmək haqqı – 600 AZN + bonus ( Benzin və amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır )

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Region üzrə satış nümayəndəsi” qeyd edərək öz CV-lərini hr@odontos.az elektron ünvanına göndərməyiniz xahiş olunur.



VAKANSİYA 4

Papa John’s Azərbaycan, tanınmış Amerika brendi olan, “Daha yaxşı inqrediyentlər daha yaxşı pizza” şüarı ilə addımlayan, pizza restoranlar şəbəkələsi yeni açılan restorana müxtəlif vakansiyasiyalarını elan edir:

Tələblər:

- Komandada işləmək bacarığı.
- İşə qarşı məsuliyyətli olmaq.

Vəzifələr:

Restoran meneceri
Növbə meneceri
Kassir
Pizzaçı
Ofisiant
Operator
Gözətçi

İş Şərtləri

- 6 günlük iş həftəsi.
- Növbəli iş rejimi.
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.
- Forma şirkət tərəfindən təqdim olunur

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) seçdiyiniz vakansiyanı mövzu yerində qeyd edib hr@papajohns.az elekton ünvanına göndərə bilərlər.



VAKANSİYA 5

M Bulak BOKT MMC

Quba filialı kredit mütəxəssisi

Namizədə tələblər:

Şəxsi keyfiyyətlər:

- Ünsiyyətçil
- Məsuliyyətli
- Dürüst
- Punktual

Professional tələblər:

- Ali təhsil arzu olunandır
- İş stajı tələb arzu olunandır
- Elementar riyazi və məntiqi biliklərə malik olmalı
- Müsbət reputasiyaya malik olmalı

İş barədə məlumat:

- Təşkilatda kredit verilişi ilə bağlı tətbiq olunan siyasət və prosedurları (Kredit siyasəti, fərdi kredit məhsullarının verilişi ilə bağlı) və prosedurlara dəyişiklikləri mükəmməl bilmək və bu prosedurların tələblərinə riayət etmək.
- İş yeri Quba şəhərində yerləşir
- Tam ofis işi deyil (marketinq)
- AR Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki : Bazar ertəsi -Cümə , 09:00-dan 18:00-dək

Əlavə VACİB: CV-niz azərbaycan dilində təqdim olunmalıdır və təqdim edən zaman müraciət etdiyiniz müvafiq vəzifəni qeyd edin
E-mail: az.hr@molbulak.com



VAKANSİYA 6

Zaman Broker

Vakansiya: Mühasib

Vəzifə Öhdəlikləri:

• Qanunvericiliyə və mühasibat uçotu haqqında qanuna uyğun olaraq müəssisənin mühasibat uçotunun dəqiq aparılması;
• Bank hesablarına nəzarət və ödənişlərin həyata keçirilməsi;
• Nəğd pul vəsaitinin uçotu;
• Təhtəl hesab, avans, ezamiyyə hesabatlarının aparılması;
• Hesabların müxabirləşməsini nəzərdən keçirmək və araşdırmaq;
• Ayın / İlin bağlanmasının koordinasiya edilməsi;
• Bütün növ əmək ödənişlərinin qanunvericiliyə uyğun hesablanması və ödənişlərin həyata keçirilməsi;
• ƏƏSMN, DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sisteminə (e-gov.az) daxil edilməsi;
• Dövlət Vergi Xidmətinə ünvanlanacaq bütün məktub, ərizə və müraciət formalarının tərtibi və icrasına nəzarət edilməsi;
• Dövlət Vergi Xidmətindən gələn məktubların cavablandırılması;
• Vergi hesabatlarının aylıq, rüblük və illik təqdim edilməsi;
• Statistika Hesabatlarının aylıq, rüblük və illik təqdim edilməsi;
• Müəssisənin fəaliyyətinə nəzarət edən dövlət orqanına broker hesabatlarının təqdim edilməsi
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması.

Tələblər:

• Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
• Maliyyə / Mühasibat uçotu sahəsində ali təhsil;
• Əmək Məcəlləsi, Vergi Məcəlləsi və Mühasibat üçotu haqqında qanun üzrə dərin biliklər;
• IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər (arzuolunandır);
• Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı;
• ERP və digər İT platformalarda işləmə bacarığı;
• Azərbaycan və rus dili bilikləri, ingilis dili (arzuolunandır);
• İdarəetmə, analitik təhlil qabiliyyətləri;
• İşi düzgün planlamaq bacarığı.

E-mail: hr@zamanbroker.com



VAKANSİYA 7

Bolt Azerbaijan

Restaurant Sales Specialist

We just launched our new food delivery service in Baku and we are looking for a great candidate for the Restaurant Sales Specialist role. Are you after a role in a fast-growing organisation with big impact on the city you live in? Then this one might be for you.

Your daily adventures will include:

- Identify and contact restaurants that are a perfect fit for Bolt Food
- Manage the pipeline of new potential restaurant partnerships
- Build strategic relationships with restaurants and negotiate better partnerships terms with their owners
- Organise restaurant-facing campaigns that will increase restaurants and Bolt Food orders and revenue
- Lead our onboarding teams to smoothly activate the best restaurants on our platform
- Manage mission-critical teams that drive the daily operations (e.g. on-boarding, activations) of the restaurants

We are looking for:

- Have 2+ years experience in sales position, ideally in the HORECA industry
- Great communication and negotiation skills
- Experience in sourcing, negotiating and driving contracts to closure
- Be a hustler, not stopping after 20 obstacles a day
- Be passionate about new technologies and food industry

Why you’ll love it here:

- Your daily duties will have a meaningful impact on millions of people all over the world.
- You’ll be surrounded by the most friendly, supportive colleagues you can imagine.
- We don’t care where you work from, as long as you get the job done!
- As we grow, so will you! Bolt’s fast-paced, challenging environment offers you great opportunities for professional development.
- You’ll always be kept informed. Our bi-weekly All Hands meetings bring our global teams together, ensuring we’re all up to speed and moving forward as one.
- Switching off is important! We have fridges full of refreshments, sports compensation, table tennis, Playstation and loads more...

APPLY HERE!



VAKANSİYA 8

Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vacancy: Mağaza direktoru (Xaçmaz)

Vəzifələr:

• Mağaza daxili fəaliyyətin təşkil edilməsi;
• Mağazada bütün işçilərin öz vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirməsini təmin edilməsi;
• Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
• Mal qalıqlarına nəzarət və uçotun aparılması;
• Assortimentin və satışın analizi;
• Daxili inventarizasiyanın aparılması;
• Müştərilərlə iş.

Zəruri tələblər:

• Elektronika mağazasında idarəedici vəzifədə 2 il və ya kredit sahəsində 3 il iş təcrübəsi;
• MS Word, MS Excel proqramlarını bilməli, 1C proqramını bilmək arzuolunandır;
• Azərbaycan dilini mükəmməl bilməsi zəruridir, rus və ingilis dili bilikləri arzu olunandır;

Şəxsi keyfiyyətlər:

• Liderlik xüsusiyyətləri;
• Yaranmış problemləri həll etmə bacarığı;
• Nəticə yönümlülük;
• Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı;
• Komandada işləmək bacarığı.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş qrafiki: 6 iş günü, 1 gün istirahət.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:

https://qlor.me/kmu6wmmz



VAKANSİYA 9

TEXNOMART - Управляющий магазином

Требования:

• Пол не имеет значения, возраст 27- 40 лет (не старше)
• Высшее образование
• Хорошее владение компьютером
• Стаж работы руководителем (директором) магазина не менее 3-х лет
• Владение языками: русский, азербайджанский
• Активность, исполнительность, коммуникабельность
• Грамотная речь.

Обязанности:

• Непосредственное руководство сотрудниками.
• Тренинги для персонала, развитие их знаний и умений в сфере продаж и обслуживания покупателей
• Своевременное составление и предоставление отчетов о торговой деятельности
• Обеспечение выполнения планов продаж
• Решение проблем, связанных с обслуживанием клиентов.

Условия работы:

• Зарплата + бонусы от продажи
• Место работы: Бакиханов (Сакит Годжаев 35)
• Официальное оформление по ТК

Высылать CV с пометкой в теме письма «управляющий магазином» на эл. адрес sevda.orujova@srgroupco.com.
Кандидатуры, не соответствующие критериям этой должности рассматриваться не будут.



VAKANSİYA 10

Vakansiya//Struktur: Kredit Şöbəsi

Vəzifə: Mikro Biznes Kreditləri üzrə mütəxəssis/ Mikro Biznes Kreditləri üzrə Təcrübəçi
İş yeri: BOKT EmbaFinans QSC
Ünvan: Bakı şəhəri.Yasamal rayonu. Akim Abbasov küç.73E
Əmək haqqı razılaşma yolu ilə.
Əmək qanunvericiliyinə uyğun sənədləşmə;

Tələblər

- 21-35 yaş;
- Ali təhsil;
- Özünü satışda görən, aktiv inkişafa meyilli universiteti yeni bitirən gənclər üçün təcrübə mütləq deyil.
- Əla səviyyədə Azərbaycan dili (ingilis və rus dilini bilmək arzu olunandır.)

- Məsuliyyət və stresə davamlılıq;
- Yüksək səviyyədə satış qabiliyyəti;
- Effektiv ünsiyyət bacarıqları;
- Komandada işləmək bacarığı;
- Tapşırıqların həllində çeviklik.

Vəzifə Öhdəlikləri

- Mikro biznes kredit məhsullarını təbliğ etmək, potensial müştəriləri cəlb etmək və kredit təşkilatını müştəri qarşısında təmsil etmək;
- Müştərilərlə biznes görüşlərin aparılması; Cəlb olunan müştərilər qarşısında qoyulan tələblərin icrasına nəzarət;
- Biznes analizlərin aparılması;
- Keyfiyyətli kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı.

Biz isə sizə təklif edirik:

- Zəngin iş təcrübəsi qazanmaq imkanı;
- Müvafiq sahədə özünüzü reallaşdırmaq üçün şərait;
- Təcrübəli və yüksək motivasiyalı komandanın üzvü olmaq;
- Korporativ iş mühiti.

Elektron poçtun “mövzu” hissəsində “Mikro Biznes Kreditləri üzrə mütəxəssis” və ya “Mikro Biznes Kreditləri üzrə təcrübəçi” qeyd etməklə öz Cv-nizi iseqebul@embafinans.az ünvanına göndərə bilərsiniz.



VAKANSİYA 11

“Grand Motors” MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürən şirkət fəaliyyətini bu istiqamətdə qurmuşdur. Bu baxımdan, “Grand Motors” MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir.

Hazırda şirkət dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir. Bunlar aşağıdakılardır: New Holland Construction, CIFA, New Holland Agricultural, Dynapac, Shantui, Foton, Macshio Gaspardo, Sea Ray, Kawasaki, Davino, Fassi, Pramac, Zorn İnstruments, Sulzer, Weber

“Grand Motors” şirkətində yaradılan infrastruktur texnika və avadanlığın istehsalçıların zavodlarından çıxaraq alıcıya çatdırılana qədər olan mərhələni nəinki izləməyə, hətta ondan sonrakı mərhələni də nəzarət altında saxlamağa imkan verir. Bu mənada, satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir.

Vəzifə: Korporativ satış üzrə mütəxəssis

Əsas vəzifə öhdəlikləri

- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması və ehtiyat hissələrin satışını həyata keçirilməsi
- Şirkətin satış həcminin artırılmasına dəstək
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi
- Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
- Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
- Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması
- Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
- Ziyarət nəticələrinin izlənilməsi
- Sifarişlərin icra olunması
- Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
- Müştəri ödəmələrinin izlənilməsi

Namizədə dair tələblər:

- Ali təhsil (Satış, biznesin inkişafı və vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi, texniki biliyi arzuolunandır)
- Yalnız bəy namizədlər nəzərdən keçirilir
- İş təcrübəsi: Korporativ satış sahəsində 2 illik iş təcrübəsinin olması (Ehtiyat hissələrin və ya avtomobillərin satışı üzrə təcrübə (minimum 2 il)
- Yaş həddi - 27-40
- Azərbaycan, rus dillərini mükəmməl səviyyədə bilməli, İngilis dili arzuolunandır
- Ms. Office proqramlarını yüksək səviyyədə bilməli
- İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı
- Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli
- Müştəriyönümlü satış etmək bacarığının olması
- Sürücülük vəsiqəsi (B,BC kateqoriya )
- Liderlik keyfiyyətlərinə malik olmalı

İş şərtləri:

- 6 günlük iş qrafiki
- Əmək haqqı: 600-700 AZN + bonus
- Korporativ nömrə, yanacaq şirkət tərəfindən təmin edilir
- İş ünvanı: Binəqədi şossesi, Mədən küçəsi 4 (Xırdalan)

Maraqlanan namizədlər mövzu yerində “Korporativ Satış” yazmaqla öz CV-lərini hr-cv@grandmotors.az ünvanına göndərə bilərlər.