“Unibank” işçi axtarır – VAKANSİYA

Biznes kreditlərinin monitorinqi bölməsinin Müdiri

Son tarix 24 may 2024

Təsvir:

Bölmənin işini təşkil etmək və ona rəhbərlik etmək, işçilərin işə davamiyyətinə və əmək intizamına, onların öz vəzifə təlimatlarında nəzərdə tutulmuş qaydalara riayət etməsinə nəzarət etmək;

Bölmənin icraatında olan işlərin həcmini və sayını nəzərə alaraq onları şöbənin əməkdaşları arasında bölüşdürmək, işin keyfiyyətli təşkil olunmasını təmin etmək və vaxtında icra olunmasını tələb etmək;

Monitorinqlərin aparılma qaydasının düzgün icrasına nəzarət etmək;

Bankdaxili korporativ prosedurlara müvafiq olaraq, biznes kreditləri portfeli üzrə Bankın Müştəri Xidməti Strukturlarında (MXS), müştərilərin biznes ünvanlarında və digər yerlərdə monitorinqlərinin həyata keçirilməsini təmin etmək;

Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına verilmiş kreditlərin təyinatı üzrə istifadəsini yoxlamaq üçün monitorinqlərin həyata keçirilməsini təmin etmək;

İcra səlahiyyətlərinə aid olan məsələlərlə bağlı Departamentə daxil olan müraciətlərə, sorğu və məktublara cavablar hazırlamaq;

Şübhəli hallar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq;

Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, bankdaxili prosedur və qaydalara və AR-nın bu sahədə mövcud qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirmək;

Rəhbərliyə Bölmənin icraatında olan işlərin vəziyyətinə dair hesabat təqdim etmək və işin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər vermək;

Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

Ali təhsil (iqtisadiyyat və ya riyaziyyat sahəsində);

Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;

Microsoft Office proqramlarında işləmə bacarığı;

Kredit, maliyyə, mühasibat uçotu, sahəsində yüksək biliyə sahib olmalı;

Milli və regional biznes proseslərinin tənzimlənməsi və idarəedilməsi üzrə biliklər;

Qanunvericiliyin əsaslarını bilmək;

Sənədlərin təhlilini aparmaq;

Analitik düşünmə bacarığı;

Stressə davamlılıq, komandada işləmək bacarığı.