Türkiyədə 7 milyon dollardan artıq saxta əskinas aşkarlanıb

Türkiyənin Mersin şəhərində polis əməkdaşları keçirdikləri əməliyyat nəticəsində 7 milyon 99 min 200 saxta dollar aşkar ediblər.

İndex.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Mersin Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərə qarşı mübarizə şöbəsi məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı üç şübhəli saxlanılıb.