Türk karqo şirkəti Azərbaycanda şirkət alıb

Qlobal bazarda effektivliyi artırmağı qarşısına məqsəd qoyan “Aras Cargo” ölkəmizdə şirkət alaraq Orta Asiya bazarına daxil olub.

İndex.az xəbər verir ki, “Aras Cargo” ölkəmizin yük daşıma şirkətlərindən olan “Starex” brendi ilə xidmət göstərən “Star Express”in səhmlərinin 75%-ni alıb və “Aras Global” ilə Azərbaycanda yük xidmətləri göstərməyə başlayıb.

“Aras Cargo”nun baş direktoru Utku Ayyark bildirib ki, “Aras Global”ın ilk sərmayəsi olan “Starex” markası ilə təkcə beynəlxalq arenada rolumuzu artırmırıq, həm də Türkiyədən şirkət və sahibkarları Orta Asiya bazarına gətiririk:

“Digər türk dövlətlərində də öz brendimizlə fəaliyyətə başlamağı planlaşdırırıq. Bu sərmayələrlə Orta Asiyaya çatmaq yolunda mühüm bir addım atmış olacağıq”.