Ən qeyri-adi piyada körpüsü - FOTO

Sinqapurdakı ən heyrətamiz körpü sayılan "Henderson Dalğaları" magistral yolun bir hissəsi olmaqla uzun bədənini dayağın ətrafına sırıyan nəhəng bir ilana bənzəyir.

Index.az xəbər verir ki, 274 metr uzunluğunda olan bu qeyri-adi körpünün inşası "RSP" Memarlıq bürosu və "Ingenieros PTE Ltd" şirkətinin mühəndisləri tərəfindən həyata keçirilib.

Körpünün bir tərəfi tamamilə bağlıdır, digər tərəfi isə möhtəşəm bir mənzərəyə açılır. Skamyalar və masalar ilə təchiz edilən körpü, eyni zamanda, fantastik bir axşam işıqlandırma sistemi ilə bəzədilib.

Körpü yalnız piyadalara açıqdır, buraya hətta velosipedlə və ya skuterlə giriş qadağandır.

AZƏRTAC

Bizi Facebook-da izləyin: INdexAzerbaijan