Antalya-Bakı aviareysi texniki səbəblərdən təxirə salınıb

Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin "Airbus A320" təyyarəsi texniki səbəblərə görə dayanacağa qayıdıb.

İndex.az AZAl-a istinadən xəbər verir ki, sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.

Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan