Tramp: “Kaliforniya qubernatoru istefa verməlidir”

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Los-Ancelesdəki güclü yanğınlar fonunda Kaliforniya qubernatoru Gevin Nyusomun istefa verməli olduğunu bildirib.

İndex.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” şəbəkəsində yazıb.

O qeyd edib ki, ABŞ-nin ən yaxşı və gözəl əraziləri tamamilə yanır.

“Onlar külə çevrilib və Gevin istefa verməlidir. Bütün bunlar onun günahıdır!!!” – yeni seçilmiş prezident əlavə edib.

Qeyd edək ki, yanğınlar artıq Los-Anceles dairəsinin tarixində ən böyük yanğınlardan biri kimi qiymətləndirilib. Digər böyük yanğın (Eaton Fire) isə Altadenada 10 min hektardan çox ərazini əhatə edib və təxminən 13 min binanın təhlükəsizliyinə təhdid yaradır.

ABŞ Prezidenti Cozef Bayden tüğyan edən yanğınlar səbəbindən Kaliforniya ştatını fəlakət zonası elan edib.