
ABŞ prezidenti Donald Tramp Oval Ofisdə keçirilən andiçmə mərasimində ABŞ və Çin arasında “ticarət müharibələri” ilə bağlı sualları cavablandırıb.
İndex.az xəbər verir ki, Tramp Çinin sonda ABŞ-la gömrük razılaşması bağlamalı olacağını və buna hazır olduqlarını bildirib.
“Bizim Çinlə yaxşı münasibətlərimiz var. Demək olar ki, hər bir ölkə ilə yaxşı münasibətlərimiz var, hamı ABŞ-la münasibət qurmaq və iş görmək istəyir”, – deyən Tramp Çinlə təmasların davam etdiyini bildirib.
“Çinlə sərt oynayacağımı deməyəcəyəm. Biz çox yumşaq olacağıq. Onlar da çox yumşaq davranacaqlar. Nə olacağını görəcəyik. Amma sonda onlar razılığa gəlməlidirlər. Çünki əks halda ABŞ-la iş görə bilməyəcəklər”, – Tramp Çinin tariflərə necə davam edəcəyi ilə bağlı suala cavab verib.
Tramp Çinə tətbiq edilən tarif dərəcəsinin yüzdə 145-də qalmayacağını, lakin sıfır olmayacağını da vurğulayıb.