
ABŞ gömrük rüsumlarından gündəlik 2 milyard dollar əldə edir.
İndex.az xarici mətbuata xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“Biz gömrük rüsumları sayəsində hər gün təxminən 2 milyard dollar əldə edirik. İşlər çox yaxşı gedir”, – deyə Tramp Ağ Evdə çıxışı zamanı vurğulayıb.
Onun sözlərinə görə, pullar “əvvəllər heç vaxt görmədiyimiz” səviyyədə daxil olur.
Keçən həftə Tramp ABŞ-ın xarici ticarət tərəfdaşlarına qarşı “qarşılıqlı” gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib. Bu siyahıya ümumilikdə 185 dövlət daxil edilib. Rüsumların minimum baza dərəcəsi 10% təşkil edəcək, lakin bir sıra ölkələr üçün rüsumlar Birləşmiş Ştatların bu ölkələrlə ticarət kəsiri nəzərə alınaraq fərdi qaydada hesablanıb.