Gürcüstan Miqrasiya Departamenti 2024-cü ilin noyabr-dekabr aylarında paytaxt Tiflisdə hakimiyyət əleyhinə etiraz aksiyalarında iştirak edən 25 əcnəbini ölkədən deportasiya edib.
İndex.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qurumdan verilən məlumata görə, deportasiya proseduru çərçivəsində ölkədən çıxarılan əcnəbilərin bir qismi Gürcüstanı könüllü tərk edib, bəziləri isə məcburi şəkildə ölkədən çıxarılıb.
DİN-in məlumatına görə, 2024-cü ildə Gürcüstandan 430 əcnəbi deportasiya edilib.