Tarixin ən bahalı çəhrayı brilyantı hərraca çıxarıldı – 35 milyon dollara satılacaq

Martın 29-da “Sotheby’s” hərrac evi indiyə qədər hərraca çıxarılan karat-qiymət nisbətində ən bənövşəyi-çəhrayı brilyantın bahalı təqdim edib.

Bu barədə İndex.az xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, “Eternal Pink” (Əbədi çəhrayı) kimi tanınan brilyant 2023-cü ilin iyun ayında Honq-Konqda satışa çıxarılacaq. Onun təxmini dəyəri 35 milyon dollardan çoxdur.

Qeyd edək ki, brilyant Botsvanadakı Damtşaa mədənində aşkar edilib. Bu qiymətli daş-qaşın çəkisi 10,57 karatdır (2,114 qram). O, daha əvvəl “The Williamson Pink Star” brilyantının müəyyən etdiyi karat başına qiymət rekordunu qırıb. 2022-ci ildə bu zinət əşyasını 5 milyon dollardan çox qiymətə satılıb.