
Hesablama Palatası Azərbaycanın iqtisadiyyatında davamlı inkişaf meyillərini təhlil etməklə və xarici mühit risklərini nəzərə almaqla, gələcəyə yönəlik proqnozlar verən auditlərin keçirilməsini öz iş planına daxil edə bilər.
İndex.az xəbər verir ki, bunu deputat Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, bu cür auditlər dövlət qurumlarının gələcək risklərə və imkanlara daha yaxşı hazırlaşmalarına kömək edə bilər.
“Rəqəmsal transformasiya, iqlim dəyişikliyi və sosial bərabərsizlik kimi məsələlərin ön plana çıxdığı sürətlə dəyişən dünyada Ali Audit Qurumları bu çağırışlara cavab verən dövlət siyasətlərinə effektiv nəzarət etməyə hazır olduqlarını nümayiş etdirməlidirlər. İnsanların həyatına birbaşa təsir edən məsələlərin həllində yeniliklərə və öhdəliklərə açıq olan qurumlara ictimai etimad da təbii olaraq daha yüksək olur”, – deputat vurğulayıb.