“Wi-Fi 7″nin sertifikatları təsdiqlənməyə başlayıb

Bir çox texnologiyalar kimi, “Wi-Fi” texnologiyası da müəyyən standartlara malikdir və bu standartlar zamanla dəyişir.

İndex.az xəbər verir ki, “Wi-Fi Alliance” “Wi-Fi”ın ən son və ən təkmil versiyası olan “Wi-Fi 7” üçün rəsmi sertifikatları təsdiqləməyə başlayıb.

Bu yeni versiya yalnız daha sürətli əlaqə təmin etməyəcək, həm də bəzi mühüm dəyişikliklər gətirəcək.

“The Wi-Fi Alliance”ın baş direktoru Kevin Robinson mövzu ilə bağlı verdiyi açıqlamada “Wi-Fi 7″nin 6 GHz əlaqə üçün sıfırdan qurulmuş ilk nəsil olduğunu ifadə etdi. Bu diapazonda əlaqə təmin edən ilk modellər “Wi-Fi 6E” cihazları idi.

Hal-hazırda bazarda “Netgear”, “TP-Link” və “Eero” kimi şirkətlərin “Wi-Fi 7” modelləri olsa da, bu cihazlar rəsmi olaraq təsdiqlənməyib.