Viski, çaxır, konyak – Yerli istehsal artır

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 330,4 milyon manatlıq içki istehsal edilib.

İndex.az Dövlət Statistika Komitəsinin statistik məlumatlarına istinadən xəbər verir ki, bu ilin 7 ayında ölkəmizdə istehsal edilən içkinin həcmi 26 milyon 284,8 min dekalitr təşkil edib.

Ümumi içki istehsalının 22 milyon 341,9 min dekalitri alkoqolsuz içkilərin, 3 milyon 942,9 min dekalitri isə alkoqollu içkilərin payına düşür.

Alkoqolsuz içkilərin ötən ilin yanvar-iyul aylarına nisbətən istehsalı 9,9% artıb.

Ölkəmizdə istehsal olunan alkoqollu içkilər arasında pivə 2 831,5 min dekolitrlə ilk sıranı tutur.

Pivə istehsalı ötən ilin ilk 7 ayına nisbətən 13,4% azalıb. İkinci sırada 670,3 min dekalitrlik istehsalla araq gəlir. Araq istehsalı da ötən ilin müvafiq dövrünə nisbətən 19,5% azalıb. Üzüm şərabı 424,2 min dekalitrlik istehsalla 3-cü, viski istehsalı 16,9 min dekalitrlə 4-cü sıranı turub. Üzüm şərabı və viski istehsalı isə ötən ilin yanvar-iyul aylarına nisbətən müvafiq olaraq 48% və 26,1% artıb.

Mirəli Qasımov – İndex.az