Valyuta bazarımız 10% kiçilib

2023-cü ildə Azərbaycanın valyuta bazarında 33,3 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.

İndex.az Azərbaycan Mərkəzi Bankının “Pul Siyasəti İcmalı”na istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 9,5% azdır.

İllik əməliyyatların 29,5 milyard ABŞ dolları nağdsız, 3,8 milyard ABŞ dolları isə nağd valyuta bazarında baş tutub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq təxminən 6,9% və 25,5% azdır.

Nağdsız valyuta əməliyyatlarının 79%-i ABŞ dollarında, 21%-i digər valyutalarda, nağd valyuta əməliyyatlarının isə 83,9%-i ABŞ dollarında, 16,1%-i digər valyutalarda baş tutub.