Turizm mövsümü başa çatandan sonra Bakıdan İstanbula ucuz reyslər açılır

Sentyabrın 3-dən etibarən Türkiyənin «Pegasus Airlines» şirkəti Bakıdan İstanbula uçuşlara başlayır.

İndex.az xəbər verir ki, uçuşlar həftədə 4 dəfə olmaqla həyata keçiriləcək. «Pegasus Airlines»in digər reyslərində olduğu kimi, Bakıdan uçan reyslər də «Sabiha Gökçen» hava limanına ediləcək.

Hazırda flypgs.com saytında bir tərəfə aviabilet qiyməti 106 avrodan başlayır və bu qiymətə əl yükü də daxildir.