Telefon ekranları artıq gözlərimizə zərər verə bilməyəcək

ABŞ-da aparılan araşdırmalar və sınaqlar nəticəsində bəzi bilgilər üzə çıxıb. Buna əsasən, bir amerikalı gündə ən azı 4 saatını smartfonunun ekranına baxaraq keçirir. Avropa ölkələrində bu vəziyyət bir qədər azdır, ancaq 3 saat civarındadır. Araşdırmanın davamında telefonun ekranına bu qədər uzun müddət baxmağın gözlərimizin yaxından görmə qabiliyyətinə mənfi təsir etdiyi müəyyən edilib.

İndex.az xəbər verir ki, “Apple” ekran və ekran işıqları ilə bağlı həllini təqdim edib.

Yeni iOS versiyaları ilə gələcək “Göz məsafəsi xüsusiyyəti” uşaqlarda göz zəifliyi riskini azaldacaq. Bu, uzaq obyektlərin bulanıq göründüyü görmə vəziyyətidir.

Uşaqlar tez-tez telefonları və ya planşetləri gözlərinə çox yaxın tuturlar. Bu, uşaqlarda görmə pozğunluğunun əsas səbəblərindən biridir.

“Apple”in yeni funksiyası sizi “iPhone” və ya “iPad” ilə gözləriniz arasında təhlükəsiz məsafə saxlamağa təşviq edəcək. Bu istəyə bağlı xüsusiyyətdir və siz Parametrlər menyusunda “Ekran vaxtı” seçiminə toxunduqdan sonra görünən “Ekran məsafəsi” funksiyasını aktivləşdirərək ondan istifadə edə bilərsiniz.

“TrueDepth” kamerası ilə işləyən funksiya telefonu gözlərinizə 30 santimetrdən yaxın tutduğunuz zaman sizi xəbərdar edəcək. Bu sayədə telefon ekranı ilə gözləriniz arasındakı məsafə qorunmuş olacaq. “TrueDepth” kamerasından istifadə edən funksiya “iPhone XS” və daha yeni “iPhone” modellərində və “2018 iPad Pro” və sonrakı “iPad” modellərində işləyir.