Tələbələr imtahanın 90 saniyə tez bitməsinə qarşı hökuməti məhkəməyə veriblər

Cənubi Koreyada bir qrup tələbə paytaxt Seuldakı təhsil mərkəzində verdikləri universitetə ​​qəbul imtahanının birinci hissəsinin 90 saniyə tez bitməsi ilə bağlı hökumətə qarşı iddia qaldırıb.

İndex.az xəbər verir ki, şikayət edən 39 tələbə imtahanın birinci hissəsinin bitdiyini elan edərək zəng 90 saniyə tez çaldığı üçün hökumətdən adambaşına təxminən 15.400 dollar təzminat ödəməsini tələb edib.

Tələbələr bu məbləğin onların il ərzində təhsil xərclərinə bərabər olduğu qənaətindədirlər.

Hüquqşünaslar iddia edir ki, imtahanı 90 saniyə tez bitirmək tələbələrin performansına əhəmiyyətli dərəcədə təsir edir.